Menu

"Suriya ərazisində heç bir Türkiyə hərbi hissəsi görmürəm" - ƏDL-nın Baş katibi

23.02.2016, 14:42
"Suriya ərazisində heç bir Türkiyə hərbi hissəsi görmürəm" - ƏDL-nın Baş katibi

Hal-hazırda Suriya ərazisində Türkiyənin və ərəb ölkələrinin hərbi hissələri yoxdur. AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Moskva səfəri çərçivəsində rusiyalı jurnalistlərlə görüşü zamanı bu bəyanatla Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Nəbil əl-Ərabi çıxış edib. Əl-Ərabi onu da qeyd edib ki, Suriya məsələsində ƏDL ilə Rusiya arasında ciddi fikir ayrılıqları mövcuddur (TASS).

«İndiki vəziyyətdə Suriya ərazisində heç bir Türkiyə hərbi hissəsi görmürəm. Həmçinin, ərəb dövlətlərinin də ordu hissələri yoxdur. Fərq bundadır ki, Suriyada dövlət səviyyəsində heç bir ərəb hərbi hissəsi yoxdur. Yalnız belələri ola bilər ki, rejimə qarşı çıxış edənləri xaricdən dəstəkləyir» - deyə, jurnalistin sualını cavablandıran Baş katib qeyd elib.

Əl-Ərabi həm də bəyan edib ki, ölkələrdən hansısa birinin Suriya ərazisinə qurudan soxulacağına dair planlar barədə heç nə bilmir. «Nə hərbi təcavüz? İndiki halda heç bir hərbi təcavüz yoxdur. ƏDL-da heç kim, o cümlədən, mən də bu barədə heç nə blmir».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol