Menu

Azərbaycanın ən böyük qaz alıcısı kömürə keçəcək

23.02.2016, 14:51
Azərbaycanın ən böyük qaz alıcısı kömürə keçəcək

Enerjiyə olan ehtiyacının 70 faizdən çoxunu idxaldan qarşılayan Türkiyədə, kömür potensialının maksimum səviyyədə istifadə edilməsi ilə ildə 7,2 milyard dollarlıq təbii qaz idxalına ehtiyac qalmayacağı müəyyən olunub.

"Marja" xəbər verir ki, ölkənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi 2016-ci İlin Büdcə Təqdimatında, yeraltı kömür istehsalı miqdarının artırılması üçün layihələr həyata keçiriləcəyini qeyd edib. Kömürün daha ətraf mühit dostu olaraq istehlak edilməsi və müxtəlif istismar sahələrinin yaradılması üçün də Araşdırma-İnkişaf etdirmə işləri aparılır, bu layihələr sayəsində aşağı kalorili kömür ehtiyatlarının da istismarı nəzərdə tutulur.

Türkiyənin kömür strategiyasına görə, elektrik istehsalında yerli mənbələrdən biri kimi istifadə edilən linitdən (kömür növü) əldə edilən enerji istehsal potensialının təxminən 25 min meqavat səviyyəsində olduğu proqnozlaşdırılır.

Bu tutumunun mənimsənilməsi təxminən 7,2 milyard dollar qarşılığı olan 32,5 milyard kubmetrlik təbii qazdan əldə edilən elektrik istehsalı təmin olunacaq.

Xüsusi maliyyələşdirmə modeli tətbiq ediləcək

2016 büdcə təqdimatına görə, yerli kömürə əsaslanan elektrik enerrjisi istehsalı komplekslərinin yenilənməsi istiqamətində işlər görüləcək.

Bundan başqa, yerli kömür axtarışlatrına təkan veriləcək. Afşin-Elbistan kimi böyük linit hövzələri ilə bərabər daha az tutumlu digər ehtiyatların qiymətləndirilməsi üçün xüsusi maliyyələşdirmə üsulu inkişaf etdirilməsi və tətbiqi də kömürlə bağlı gələcək dövrdə həyata keçirilməsi planlaşdırılan hədəflər arasındadır.

Dövlətinin əlindəki linit yanacaq termik stansiyalarının müassirləşdirilməsi hədəflənərkən, keçən il 35 milyard kilovatsaat olan yerli mənşəli elektrik enerjisi istehsalının, ilk mərhələdə 2018-ci ildə 57 milyard kilovatsaata çıxarılması üçün işlər planlaşdırılır.

Enerji və Təbii Ehtiyatlar naziri Patent Albayrak da daha əvvəl kömür və mineral istehsalçıları ilə keçirdiyi iclasda sektorun problemlərini dinləmiş və yerli resursların istifadəsinə daha çox önəm veriləcəyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyə Azərbaycandan ən çox qaz idxal edən ölkələrdən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol