Menu

Tramp növbəti qələbə qazanıb

24.02.2016, 11:10
Tramp növbəti qələbə qazanıb

BöyütABŞ-dakı prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi çərçivəsində Respublikaçılar Partiyasının Nevada ştatında keçirdiyi kokuslarda (partiya toplantıları) milyarder Donald Tramp qalib gəlib.

APA-nın "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, D. Tramp 46,2% səs alıb. Onun əsas rəqibləri - Marko Rubio 23,6%, Ted Kruz isə 20,4% səs toplayıb. Digər namizədlər - Ben Karson və Con Keysik bu "üçlük"dən xeyli geri qalıb.

Xatırladaq ki, bundan əvvəl Nyu-Hempşir və Cənubi Karolina ştatlarında keçirilən ilkin seçkilərdə də D. Tramp qələbə qazanmışdı. Ayovadakı kokuslarda isə Ted Kruz qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol