Menu

"Valyuta ehtiyatlarımız 26 aylıq idxala kifayət edir"

24.02.2016, 15:59
"Valyuta ehtiyatlarımız 26 aylıq idxala kifayət edir"

2015-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilmişdir.

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir

“Belə ki, 2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət etmiş və xarici dövlət borcunu 5.2 dəfə üstələmişdir. Strateji valyuta ehtiyyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam etmişdir”,- icmalda qeyd edilir.

10 AY AZALIB

Qeyd edək ki, neft ucuzlaşmazdan əvvəl, 2013-cü ildə valyuta ehtiyatlarımız 3 illik (36 ay) mal və xidmətlərin idxalına kifayət edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol