Menu

İnsana ən çox bənzəyən robot: "Atlas"ın son versiyası - VİDEO

24.02.2016, 16:50
İnsana ən çox bənzəyən robot: "Atlas"ın son versiyası - VİDEO

"Google" şirkətinin 2013-cü ildə satın aldığı "Boston Dynamics" tərəfindən inkişaf etdirilən "Atlas" robotunun yeni versiyası təqdim olunub.

"AzPolitika"nın məlumatına görə, 1,75 cm. boyunda və 81 kg. ağırlığında olan "Atlas" yeni versiyasında daha çox insana xas olan xüsusiyyətlər qazanıb.

"Atlas" iki ayağı üzərində qarlı yollarda rahat şəkildə yeriyir, qapıları açır və təxminən 4,5 kg. yükü daşıya bilir.

"Atlas" bundan əlavə, kənardan sərt müdaxilələrə rəğmən müvazinətini qoruyur. Ona vurulan zərbədən yıxılsa belə, yerdən qalxıb işini davam etdirməyi bacarır.

Gələcəkdə hərbi və mülki məqsədlər üçün xidmət göstərəcək səviyyəyə çatdırılması planlaşdırılan "Atlas"ın yeni versiyasına aid videonu təqdim edirik:

AzPolitika | Facebook

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol