Menu

"Biz buna hazırıqmı?..." - KERRİ

25.02.2016, 12:43
"Biz buna hazırıqmı?..." - KERRİ

ABŞ Suriyada «təhlükəsizlik zonası» yaratmaq fikrində deyil

Xarici KİV-in məlumatına görə, indiki mərhələdə ABŞ administrasiyası Suriyada hər-hansı «təhlükəsizlik zonası» yaradılması ideyası üzərində düşünmür. Bu fikri dövlət katibi Con Kerri təsdiqləyib (TASS).

ABŞ Konqresi senatının maliyyələşdirmə komitəsindəki dinləmələr zamanı çıxış edən dövlət katibi deyib: «Suriyada «təhlükəsizlik zonası»nın yaradılmasına gəlincə - belə zonanın olması üçün gərək təhlükəsizliyin özü yaradılsın».

Xarici siyasət idarəsinin başçısı «Əgər Suriyanın bir parçasını kəsib və oranı «təhlükəsizlik zonası» elan etsək, həmin ərazidə təhlükəsizliyi kim təmin edəcək?» - deyə, qanunvericilərə sualla müraciət edib.

Onun sözlərinə görə, Pentaqon hesab edir ki, Suriyanın şimalında (Türkiyə ilə sərhəd boyunca - red.) gerçək «təhlükəsizlik zonası» yaratmaq üçün bu rayonda 15 mindən 30 minədək hərbçi yerləşjirmək lazım gələcək: «Biz buna razılıq verməyə hazırıqmı? Biz həmin sayda hərbçini orada yerləşdirməyə hazırıqmı?»

Kerri daha sonra əlavə edib ki, «təhlükəsizlik zonası»nda həm də hava hücumundan müdafiə sistemi yerləşdirmək lazım gələrdi.

Redaksiyadan: Ruslar belə davranışa «lukavit» (gerçəyi gizlətmək, yalan danışmıq, bicliklə məsələdən yayınmaq) deyirlər. İndi Türkiyənin ABŞ adlı «müttəfiq»i açıq-aşkar «lukavit»! Kürdlərdən ibarət silahlı dəstələri Türkiyə sərhədi boyunca yerləşdirməklə, ABŞ və Rusiya Türkiyəni «qapaz altı»na almağa çalışırlar. Bəs, Türkiyə buna dözəcəkmi? Zaman göstərəcək...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol