Malayziyanın paytaxtı Kuala Lumpurdan qalxan sərnişin təyyarəsi ilə Vyetnam ərazisində əlaqə itib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, radarlardan itən təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarənin Vyetnamda Tho Çu adası yaxınlığında dənizə düşdüyü təsdiqləndikdən sonra əraziyə axtarış və xilasetmə dəstələri göndərilib. Sərnişinlər arasında 14 ölkənin vətəndaşı olduğu deyilir.
Qeyd edək ki, Asiyanın ən iri hava yolları şirkətlərindən olan “Malaysian Airlines” dünyanın 80 məntəqəsinə gün ərzində 37 min sərnişin daşıyır.


Şərhlər