Menu

Yaponiyada illik inflyasiya 0 faiz oldu

26.02.2016, 13:05
Yaponiyada illik inflyasiya 0 faiz oldu

Yaponiyada Yanvarı ayında inflyasiya göstəricisi gözləntilərə paralel 0 faiz səviyyəsində çıxdı.

Yaponiya Mərkəzi Bankının (BOJ) nəzərə aldığı ən vacib qiymət göstəricisi Yanvar ayında dəyişməyərək 0 səviyyəsində sabit qalıb. Sözügedən göstərici, sədr Haruhiko Kurodanın, mənfi faizi tətbiq etməsinə qarşı 2%-lik inflyasiya hədəfindən çox uzaqdır.

Aşağı enerji qiymətləri, Kurodanın inflyasiya hədəfinə çatmaq səylərini ləngidir. Bəzi iqtisadçılar, mənfi faizi mənimsəməsindən sadəcə həftələr sonra, gələn ay Mərkəzi Bankın daha çox maddi təşviq açıqlanmasını gözləyirlər.

Yanvar ayında inflyasiya illik bazada 0.0 faiz çıxaraq proqnozlar ilə eyni olub. Ərzaq və enerji xaric inflyasiya 0.7 faiz artmışdır. Gözlənti 0.7 faiz artacağı istiqamətində idi.

Analitiklər bildirirlər ki, iqtisadiyyatda qiymətləri yuxarı qaldıracaq qədər təkan mövcud deyil. Pis xəbər odur ki, inflyasiya gözləntiləri yendəki qiymət artımı və istehlakçı xərclərindəki azalma ilə pisləşib.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol