Menu

Gözdən əlildən müğənni Ədalət Şükürova müraciət - "Günlərlə çörək tapa bilmirik"

29.02.2016, 12:34
Gözdən əlildən müğənni Ədalət Şükürova müraciət - "Günlərlə çörək tapa bilmirik"

Ucar rayon Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu "AzPolitika.info" saytı vasitəsilə müğənni Ədalət Şükürov və  imkanlı şəxslərə müraciət ünvanlayıb. Çarəsiz bir atanın fəryadı olan müraciəti ürək ağrısız oxumaq mümkün deyil. Ümid edirik ki, nazir Səlim Müslümov da bu müraciətə laqeyd qalmayacaq. Müraciətdə deyilir:

"Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşımın hesabına gəzə bilirəm. Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq. Quru çörəyə belə həsrətik. Pensiya kartımı sələminə götürdüyüm pula görə bir ildir ki, girov qoymuşam.

3 yaşlı övladım İsmayılı ilan vurduğundan, onun müalicəsi üçün sələminə pul götürmüşdüm. Həmin  pula görə düz bir ildir ki, pensiya kartım sələmçidədir.

Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. İki övladım var idi. Övladımın biri, balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağırdı. Körpə uşağım da buna görə tələf oldu.

Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin, azyaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova, həmyerlim olan vəzifəli şəxslərə dəfələrlə müraciətlər etsəm də, heç bir köməklik etmədilər. Ancaq bir neçə gün öncə müğənni Ədalət Şükürovun televizorda çıxışına qulaq asdım. Bu səbəbdən də ona mətbuat vasitəsi ilə müraciət etməyi qərara aldım.

Dəyərli insan Ədalət Şükürov varlı məmurlardan mənim kimi yoxsul, kor insana heç bir haray yoxdur, sizdən xahiş edirəm, bizim ailəyə maddi köməklik göstərəsiniz. Ömrümüz boyu sizə minnətdar olarıq. Allah sizi qorusun.

Əlaqə telefonumuz; 051 808-14-47

Yardım etmək istəyənlər üçün:

Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi

Kod; 805807

Vöen; 9900001881

Swift kodu: İ B A Z A Z 2x

Müştəri: Qədirov Rafiq İsrayıl oğlu

Müxbir hesabı: AZ 03NABZ01350100000000002944"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol