"Çeçenistan respublikasının Şatoy rayonunun Borzoy kəndində yerləşən hərbi hissədə düşən dava məişət xarakterlidir. Bunun hərbi xidmətlə heç bir əlaqəsi yoxdur”. ANS PRESS-in məlumatına görə, bu barədə rus əsgərlərlə çeçenlərin kütləvi davasını şərh edən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Vkontakte" səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə 23 fevralda baş verib. "Münaqişəyə səbəb isə hərbi qulluqçulardan birinin başqasını qadın-aşpazın yanında ədəbsiz fikirlər üçün alçaltması olub. Bu sözlər mübahisəyə səbəb olub. Hissənin komandanlığı vaxtında vəziyyəti nizama salmayıb", - deyə Kadırov yazıb.
Kadırov ordu komandanlığının nümayəndələri ilə birgə lazımı ölçüləri qəbul edəcəyinə söz verib. "Mən adi hadisəni şişirtməməyə və siyasiləşdirməməyə məsləhət görürəm. Hərbi qulluqçular özləri artıq bir-birini anladılar və peşmandırlar", - deyə Çeçenistan lideri qeyd edib.
Çeçenistanın Borzoy kəndində olan hərbi hissədə rus əsgərlərlə çeçenlər arasında kütləvi dava olduğu barədə informasiyanı insan hüquqları üzrə məsləhət şurası təsdiq edib. Daha əvvəl sosial şəbəkədə kütləvi davanın əks olunduğu video yayılıb. Kadrlarda hərbi formada olan insanların arasında böyük dava görünür. Videoçarxa "25.02" adı verilib. Bunu davanın 25 fevralda baş verdiyi ilə bağlamaq olar.


Şərhlər