Menu

"Fitch"dən "qiymət artımı" proqnozu

29.02.2016, 09:34
"Fitch"dən "qiymət artımı" proqnozu

“Fitch” – beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda qiymətlərin orta hesabla 14% artacağını proqnozlaşdırır. “Trend”in məlumatına görə, bu barədə agentliyin açıqlamasında bildirilir.

Bank sektorunda vəziyyəti qiymətləndirən “Fitch” analitikləri bildirib ki, hökumət heç bir çətinlik çəkmədən bu sahəyə dəstək verə bilər. Çünki bank sektorunun aktivləri kifayət qədər kiçikdir – cəmi aktivlər ümumi daxili məhsulun 50%-ni təşkil edir.

Agentlik həmçinin hesab edir ki, idxalın azalması cari əməliyyatların profisitini 2015-ci ildəki 1% səviyyəsindən 2016-17-ci illərdə 5%-ə qədər artırmağa imkan verəcək.

Xatırladaq ki,ötən ilin dekabrında Azərbaycanda devalvasiya olub. “Fitch” hesab edir ki, qiymət baxımından rəqabətqabiliyyətliliyin bərpa edilməsi hökumətə qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatı və turizmin inkişafını təmin etməyə imkan verəcək.

Agentlik həmçinin bəyan edib ki, dövlət büdcəsi ilə bağlı vəziyyətin yaxşılaşması, neftin qiymətinin davamlı şəkildə artması, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın reytinqində öz əksini tapacaq.

“Fitch” neftin qiymətini 2016-cı ildə hər barrel üçün orta hesabla 35 dollar, tədricən 45 dollar, 2017-ci ildə isə 65 dollara çatacağını proqnozlaşdırır.

Xatırlada ki, bir qədər əvvəl “Fitch” Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol