Menu

Kiprdə avtomobil qəzası: İki azərbaycanlı tələbə vəfat edib

29.02.2016, 11:07
Kiprdə avtomobil qəzası: İki azərbaycanlı tələbə vəfat edib

Şimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib.

Bu barədə Trend Kibrispostasi qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər.

Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol