Menu

Ukraynanı təcili Avropa Birliyinə qəbul edirlər

09.03.2014, 10:04
Ukraynanı təcili Avropa Birliyinə qəbul edirlər

Avropa Birliyi Ukrayna ilə assisiativ sazişi təcili olaraq imzalamaq qərarına gəlib. Bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu deyib.

Musavat.com-un xarici mediaya istinadən yaydığı xəbərə görə, Afinada Avropa regionları və şəhərlərinin sammitində çıxış edərkən Barrozu deyib ki, AB-nin Ukraynanın qarşısında borca və həmrəylik öhdəliyi var.

AK prezidenti həmçinin bildirib ki, 100-dən artıq Ukrayna vətəndaşı Avropa dəyərləri uğrunda mübarizədə həlak olub.

Bundan əvvəl Barrozu bildirmişdi ki, beynəlxalq ictimaiyyət səfərbər olunmalı və Ukraynaya öz iqtisadiyyatını sabitləşdirmək üçün yaxın illərdə 11 milyard dollar həcmində maliyyə yardımı etməlidir.

Bundan başqa, Ukraynanın baş naziri Arseni Yasenyuk Brüsseldə bəyan edib ki, Ukrayna və AB arasında assosiativ sazişin siyasi hissəsi yaxın həftələrdə imzalanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol