Menu

Qızıl bahalaşmaqda davam edir - "1400 dollara çıxacaq"

01.03.2016, 11:40
Qızıl bahalaşmaqda davam edir - "1400 dollara çıxacaq"

Qızıl qiymətləri Çində açıqlanan zəif göstəriciləridən sonra "etibarlı liman" tələbinin davam etməsilə ardıcıl iki gündür bahalaşır.

Spot qızılın unsiyasının qiyməti 0.7 faiz artaraq 1246.35 dollara çıxıb. Qiymətlər əvvəlki seansda 1.3 faiz dəyər qazanmışdı.

"QIZIL 1400 DOLLARA ÇIXACAQ"

Taurus Wealth Advisors şirkətinə görə, qızılın 2016-cı ilə güclü başlaması yalnız bir başlanğıc ola bilər.Taurus, qiymətli metalın, mərkəz bankların "sursatlarını" istifadə etmələri ilə, bu ilin ən yaxşı performans göstərən aktivi ola biləcəyini qeyd edib.

Sinqapurda 1.4 milyard dollarlıq bir aktivi idarə edən Taurus-un strateqi Rayner Maykl Preiss, qızılın il sonuna qədər unsiyasının 1,350-1,400 dollar səviyyələrinə çıxma ehtimalının yüksək olduğunu qeyd edib. Qızılın 1,400 dollara çıxması, Bazar ertəsi gününə görə 13%-lik və illik əsasda 32%-lik bir qazanca işarə edir.

Qızıl, ABŞ Mərkəzi Bankı Fed-in faiz artırmağı təxirə sala biləcəyinə işarə etməsindən sonra bahalaşmağa başlayıb.  /Marja

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol