Menu

Çinin başçısı ABŞ prezidenti ilə görüşəcək

01.03.2016, 16:24
Çinin başçısı ABŞ prezidenti ilə görüşəcək

Xarici KİV-in yaydığı məlumata görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin yaxın zamanlarda ABŞ prezidenti Barak Obama ilə görüşəcək. «Jenmin jibao» qəzetinin yazdığına görə, bu barədə ÇXR Dövlət şurasının başçısı Li Kentsiyan ABŞ maliyyə naziri Ceykob Oyü ilə danışılar zamanı bəyan edib (TASS).

«Ölkənin başçısı Si Tsizinpin yaxın vaxtlarda prezident Obama ilə yenidən görüşəcək. Görüş Çin-ABŞ münasibətlərinin inkişafına stimul verəcək. ÇXR birgə fəaliyyət istiqamətində Amerika tərəfi ilə əməkdaşlığa ümid edir, onunla sıx münasibətləri, məsləhətləşmələri dəstəkləyir, bir-birinin maraqlarını nəzərə alır, ikitərəfli qarşılıqlı faydalı və yüksək səviyyəli investisiya razılaşmalarının həyata keçməsinə fəallıqla çalışır» - deyə, Li Ketsyan qeyd edib.

ÇXR Dövlət Şurasının başçısı iki ölkə liderinin gözlənilən görüşünün vaxtı və digər detalları barədə heç nə deməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol