Menu

Ali Məhkəmə prokurorun şikayətini təmin etməyib

01.03.2016, 18:37
Ali Məhkəmə prokurorun şikayətini təmin etməyib

Bu gün Ali Məhkəmədə narkotik vasitələr əldə etməkdə və saxlamaqda təqsirləndirilən Elşad Babayevin barəsində olan məhkəmə qərarından prokurorun verdiyi kassasiya protestinə baxılıb.

E. Babayevin vəkili Paşa Səfərovun APA-ya verdiyi məlumata görə, məhkəmə kassasiya protestini təmin etməyib.

Qeyd edək ki, E. Babayev Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə E. Babayevin barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Həmin hökmdən narazı qalan prokuror apellyasiya protesti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə protesti təmin etməyib.

Onu da qeyd edək ki, Abşeron rayon Məhkəməsində keçirilən proses zamanı prokuror təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol