Rusiya KİV-nin yaydığı məlumata görə, «Rosselxoznadzor»un başçısı Sergey Dankvert deyib ki, ölkəsində süd məhsullarının hər onundan biri saxtalaşdırılır. Bu zama bəzi kateqoriyalar üzrə saxtaların həcmi yarıdan çox olur («Exo Moskvı»).
«Rosselxoznadzor» rəhbərinin köməkçisi Aleksey Alekseyenko isə deyib ki, bu zaman isitehsalçılar məhsul istehsalının maya dəyərini aşağı salmaq məqsədi güdürlər və istehsal prosesində keyfiyyətsiz (sintetik - red.) inqrediyentlərdən istifadə edirlər: «Bizim bazada saxtalaşdırılmış süd məhsullarının həcmi xeyli böyükdür. Yuxarıdakıı rəqəmlər seçmə statistika olsa da, vəziyyətin ciddiliyindən xəbər verir. Əksər hallarda saxtalaşdırma aşağıdakı yolla həyata keçirilir: Süd yağı palma yağı ilə əvəzlənir və bitki mənşəli zülallar əlavə olunur. Amma etiketdə bunlar göstərilmir. Xarici görünüş etibarilə belə məhsullar naturaldan fərqlənmir. Belə məhsulları istehlak etməklə biz, olduqca ciddi zərərlə üzləşirik. Çünki əslində, çox aşağı keyfiyyətli məhsula pul xərcləyirik. Üstəlik həm də bu zaman öz sağlamlığımızla «haqq» ödəyirik. Bundan başqa, keyfiyyətli məhsul istehsalçıları da zərər çəkirlər - onlar sadəcə, rəqabətə davam gətirə bilmirlər».
«Rosselxoznadzor» qeyd edir ki, bazarlarda süd məhsullarının keyfiyyətinə nəzarəti gücləndirmək lazımdır.
Redaksiyadan: Bəs, Azərbaycanda vəziyyət necədir? Əlaqədar dövlət qurumları (Səhiyyə nazirliyi, Dövlətstandart komitəsi, Baytarlıq Xidməti və s.) buyurub əhaliyə dolğun məlumat versinlər.
AzPolitika.info


Şərhlər