Menu

Baş Prokurorluqdan hakimin bəraət hökmünə ETİRAZ

02.03.2016, 16:11
Baş Prokurorluqdan hakimin bəraət hökmünə ETİRAZ

Baş Prokurorluq narkotik maddələrin dövriyyəsi ilə bağlı ilkin məhkəmə instansiyasının qərarı ilə bəraət alan Ayaz İmanverdiyev barəsində verilən hökmdən protest verib.

Lent.az-ın məlumatına görə, hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov icraatındadır.

Qeyd edək ki, A.İmanverdiyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri dövriyyəsində) təqsirləndirilib.

Yasamal Rayon Məhkəməsində ona qarşı verilən ittiham sübuta yetirilmədiyi üçün A.İmanverdiyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol