Menu

​Əfv Komissiyasının iclaslarında 200-dən çox müraciətə baxılıb

03.03.2016, 17:38
​Əfv Komissiyasının iclaslarında 200-dən çox müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb.

"İndiyə qədər keçirilən iki iclasda 200-dən çox müraciətə baxılıb və onların xeyli hissəsinə müsbət rəy verilib. Amma təbii ki, son qərarı cənab Prezident verəcək. Novruz bayramına qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir", - R.Məcid bildirib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol