Menu

Məhkəmə Sülhəddin Əkbərin partiyası ilə bağlı qərar verib

03.03.2016, 19:07
Məhkəmə Sülhəddin Əkbərin partiyası ilə bağlı qərar verib

Azad Demokratlar Partiyasını qeydə almaqdan imtina etdilər

Bu gün (03 mart 2016-cı il) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında hakim İlqar Hüseynovun sədrliyi ilə Azad Demokratlar Partiyasının AR Ədliyyə Nazirliyinə qarşı “ partiyanın qeydə alınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə ikinci kassasiya şikayətinə baxılıb və məhkəmə tələbin yerinə yetirilməsindən imtina edib.

Bu barədə musavat.com-a AzDP-dən məlumat verilib. Məlumatda deyilir ki, Azad Demokratlar Partiyasının AR Ədliyyə Nazirliyinə qarşı “ partiyanın qeydə alınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə birinci kassasiya şikayətinə- Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında hakim A. Hüseynovun sədrliyi ilə - 25 fevral 2016-cı ildə baxılmış və tələbin yerinə yetirilməsindən imtina edilmişdi.

Partiyadan musavat.com-a deyilib ki, onlar Avropa İbsan Haqları məhkəməsinə müraciət edəvəklər.

Partiyanın sədri Elçibəy iqtidarında Milli Təhlükəsizlik nazirinin 1-ci müavini olmuş Sülhəddin Əkbərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol