ABŞ dövlət katibi Con Kerri Rusiyaya səfərdən imtina edib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə başçısı Vladimir Putinə məruzəsində bildirib.
Ukrayna KİV-in yazdığına görə, Putin Lavrovdan ABŞ dövlət katibini Moskvaya məsləhətləşmə üçün dəvət etməklə bağlı tapışırığı barədə soruşub. Lavrov da cavab verib ki, dəvət göndərilib, lakin Con Kerri ilkin razılıq versə də, sonra səfərdən imtina edib.
Dövlət katibinin Moskvaya səfər etməsinə Rusiya və ABŞ prezidentlərinin təşəbbüs göstərdiyi bildirilir.


Şərhlər