“Müvəkkilim oktyabrda Hicran Hüseynovanın yanında olanda tədbir görülsəydi, ini onu kənarda axtarmağa ehtiyac qalmazdı“
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə bağlı 170 minlik qalmaqalın detalları araşdırıldıqca yeni və daha maraqlı məqamlar üzə çıxır. Məsələn, indi məlum olur ki, sən demə, Eynur Kərimov adlı vətəndaşın 170 min manatını mənimsəməkdə ittiham olunan Aparat rəhbəri Səfər İmanov uzun müddət komitədə Tender Komissiyasının sədri olub.

“Həmin təqdimata əsasən, İmanov Səfər Bəbir oğlu prezidentin 25 yanvar 2011-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Aydın məsələdir ki, Səfər İmanovun təltif olunması ilə bağlı ölkə başçısına təqdimat hazırlayarkən onun töhmət alması gizlədilib“, – deyə Kamandar Nəsibov bildirib.
Vəkil 170 minlik mənimsəmə faktı üzə çıxandan sonra Komitə sədri Hicran Hüseynovanın mediaya müsahibəsində dediklərini yada salır. Qeyd edək ki, Hicran Hüseynova rəhbərlik etdiyi qurumun sabiq Aparat rəhbəri Səfər İmanovun hüquq–mühafizə orqanları tərəfindən tapılıb ölkəyə gətirilməsini istədiyini bildirmişdi: “Sual vermək istəyirəm, nə üçün müvəkkilim 2015-ci il oktyabrın 22-də verdiyi pulu almaq üçün Hicran Hüseynovanın yanında olarkən komitə sədri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmədi? Səfər İmanov o zaman vəzifəsində idi. Onu kənarda axtarmağa ehtiyac yox idi“.



Şərhlər