Menu

Türkiyə Suriya ərazisini bombardman etdi

05.03.2016, 00:14
Türkiyə Suriya ərazisini bombardman etdi

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən mövqelərinə artilleriya zərbələri endirib. ANS PRESS-in məlumatına görə, artilleriya zərbələri beynəlxalq koalisiya əməliyyatı çərçivəsində endirilib.

ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağı çağırıb.

Əldə edilən məlumata görə, İŞİD terror qruplaşmasının Hələb çəhərinin şimalında olan mövqeləri sərhədə yaxın bölgələrdən Türkiyə Silahlı Qüvvələrinin “Fırtına” toplari ilə vurulub.

Türkiyə Silahlı Qüvvələri fevralın 29-da da terror qruplaşmasının Suriyanın şimalında yerləşən mövqelərinə artilleriya zərbələri endirmişdi. Zərbələr nəticəsində terrorçuların xeyli sayda canlı qüvvəsi ilə yanaşı bir çox hədəfləri məhv edilib.

Bu arada, ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağı çağırıb. Bunu ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bildirib.

“Biz Türkiyənin PKK və terror aktları ilə əlaqədar narahatlığını anlayırıq, lakin biz Türkiyəni Suriya sərhədində atəşi dayandırmağa çağırmışıq”, - deyə Tefft bildirib.

Səfir qeyd edib ki, ABŞ YPG dəstələrinə də Hələb şəhərində və onun ətrafında əməliyyatları dayandırmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol