Menu

NATO-nun baş katibi Əhməd Davudoğlu ilə görüşəcək

05.03.2016, 09:53
NATO-nun baş katibi Əhməd Davudoğlu ilə görüşəcək

NATO-nun baş katibi Yens Stoltenberq martın 7-də Brüsseldə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

NATO hələlik aparılacaq danışıqların mövzusunu açıqlamır, lakin “TASS”-ın əldə etdiyi məlumata görə, söhbət miqrasiya vəziyyətindən və Alyansın Egey dənizində miqrasiyanın monitorinqi ilə bağlı apardığı əməliyyatdan gedəcək. Belə ki, NATO-nun İkinci Hərbi-Dəniz Qrupunun tərkibindəki gəmilərin Türkiyənin ərazi sularına buraxılmasına dair məsələnin müzakirə olunacağı gözlənilir.

Davudoğlu Alyansın baş katibini martın 7-də Brüsseldə miqrant axını problemi ilə bağlı baş tutacaq Aİ liderləri ilə sammitin nəticələri barədə məlumatlandıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol