Bakı şəhəri, Günəşli qəsəbəsi massiv AB, ev 119, mənzil 36-da yaşayan Qurbanov Ramiz Rahim oglu Milli Məclisin deputati, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva şikayət məktubu ünvanlayıb. Məktubda bildirilir:
"Mən, Qurbanov Ramiz Rəhim oglu, "Avto.az" MMC şirkətində 2 ildir sürücü vəzifəsində calışıram. Şirkət Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 27 ünvanında yerləşir.
25.01.2016-ci il tarixdə mexanik Nizami Hümbətov mani cagırıb dedi ki, bu sənədə qol cək, sənə "premiya" var. Mən latin əlifbası ilə oxuya bilmədiyimdən, oxumadan sənədə imza atdım. Sonra mənə dedi ki, sən ixtisara düşmüsən, daha işə gəlmə. Mən kadrlar şöbəsinə zəng etdim. Kadrlar şöbəsinin işcisi Cavid mənə dedi ki, sən işdən azad olunmaq istədiyin barədə ərizə yazmısan. Onun əsasında səni işdən cixariblar.
Mən öz etirazmi bildirdim ki, əriza yazmamışam. Bu ərizə saxtadı. Mexanik "premiya" vermək adı ilə mənə özu yazdığı ərizəni imza etdirib ki, işə öz qohumunu gotursün. Mənim huquqlarım kobudcasına pozulub.
Ümumiyyətlə, mexanik Nizami Hümbətov Azərbaycan Respublikasının qanunlarını kobudcasına pozur.
Əmək haqqının yarısını paketdə bizə verir. İstəyəndə onu da vermir. Bizə şirkət tərəfindən
ayrılan yemək pulunu mənimsəyir. Şirkət ehtiyat hissə üçün külli miqdarda pul ayrır. Ancaq o pulu da bizə vermir.
Sutkada biz suruculəri bəzən 24 saat işlədir, ancaq pulumuzu vermir.
Biz maşınlarda metal daşıyırıq. Bizə nağd pul verirlər. Biz də bu pulu mexanik Humbətov Nizamiyə veririk. Pul banka küçürülmür.
Xahiş edirəm, bu işin araşdırılmasına və mənim huquqlarımın bərpa olunmasına yardım edəsiz.
Həyat yoldaşımda onkoloji xəstəlik var. Onkoloji klinikada yatır. 1500 manat borc tapib vermişəm həkimə. Qalmışam pulsuz. Xahiş edirəm mənim öz işimə qaytarılmağıma kömək edin".
P.S. Məktubda adı çəkilən şəxslərin, eləcə də "Avto.az" MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.


Şərhlər