Rusiya hərbi aviasiyasının dəstəyi ilə Suriyanın Hələb şəhərinin şimalında 8 türkman kəndini ələ keçirən PYD (PKK terror təşkilatının Suriya qolu) nəzarət etdiyi yaşayış məntəqələrində İslama qarşı düşmən münasibət sərgiləyir.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, həmin kəndləri Azad Suriya Ordusundan alan PYD məscidlərdə namaz qılınmasına və azan oxunmasına icazə vermir.
Azad Suriya Ordusuna bağlı “Ceyşü's-Sünne” briqadasının komandiri Əbu Aypara PYD-nin ələ keçirdiyi yerlərdə Qurani-Kərimi təhqir etdiyini bildirib.
“PYD Suriya inqilabına batan bir xəncərdir. Bu bəlanın öhdəsindən gələrək bütün Suriyanı müdafiə edəcəyimizə inanırıq. Bütün dünyada İŞİD-i ən böyük və təhlükəli terror təşkilatı kimi qəbul etmək doğru deyil. PYD-nin nümayiş etdirdiyi vəhşilik onun İŞİD-dən daha təhlükəli terror təşkilatı olduğunu göstərir. Suriya xalqı düşmənlərini yaxşı tanıyır və onlarla döyüş əzmini itirməyəcək”, - briqada komandiri vurğulayıb.


Şərhlər