Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir mahalı ilə Mardin vilayətinin Derik mahalı sərhədində 300 ordu komandanının iştirakı ilə PKK-ya qarşı geniş əməliyyata start verilib.
Axar.az xəbər verir ki, 100 qəsəbə mühafizəçisinin də iştirak etdiyi əməliyyatda Mardindən Şanlıurfaya gizli şəkildə keçən terrorçular axtarılacaq.
Məlumata görə, axtarışlar 4 gün ərzində 35 kilometrlik ərazidə aparılacaq.


Şərhlər