Menu

Berni Sanders partiyadaxili seçkilərdə Klintonu qabaqlayıb

06.03.2016, 10:37
Berni Sanders partiyadaxili seçkilərdə Klintonu qabaqlayıb

ABŞ-da prezidentliyə namizəd Berni Sanders Kanzas ştatında demokratların prezidentlik namizədinin partiyadaxili seçkilərində (kokusda) qalib gəlib.

APA-nın məlumatına görə, bu barədə NBC News xəbər verib.

Beləliklə, 75 yaşlı senator Berni Sanders ABŞ-ın sabiq dövlət katibi, seçkilərin əsas favoriti hesab edilən Hillari Klintonu üstələyib. Kanzasda səslərin 75% sayılıb. Sanders 75%, Klinton isə 55% səs tiplayıb.

Associated Press agentliyinin xəbərinə görə, Hillari Klinton Luiziana ştatında ilkin seçkilərin qalibi olub.

Qeyd edək ki, bu gün ABŞ-ın Kentukki, Men, Nebraska, Luiziana və Kanzas ştatlarında partiyadaxili seçkilər keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol