Menu

Azərbaycanlı milyarderin oğlu metroda... - FOTOLAR

06.03.2016, 15:18
Azərbaycanlı milyarderin oğlu metroda... - FOTOLAR

Rusiyada yaşayan azərbaycanlı müğənni Emin metroya minib. BAKU.WS-in məlumatına görə, müğənni öz fotolarını sosial şəbəkədə sevənləri ilə paylaşıb. Tıxaclara görə metrodan istifadə edən Eminin şəkilləri qısa zamanda minlərlə izləyicisi tərəfindən bəyənilib.

 Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.

O, Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb. İş adamı Araz Ağalarovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol