Menu

Tiflisdə anti-"Qazprom" aksiyası keçirilir

06.03.2016, 20:01
Tiflisdə anti-"Qazprom" aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tiflisdə Rusiyanın «Qazprom» şirkəti əleyhinə etiraz aksiyası keçirilir. ANS PRESS-in «Georgia Online» saytına istinadən verdiyi məlumatına görə, «Vahid Milli Hərəkat»ın təşkil etdiyi aksiyanın iştirakçıları Tiflisdəki keçmiş Rusiya səfirliyi binası önünə toplaşırlar. Aksiya iştirakçıları artıq «canlı zəncir» qurmağa başlayıblar. Aksiya iştirakçıları əllərində Gürcüstan bayraqları və üzərində «Qazproma yox!» sözləri yazılmış plakatlar tutublar.

"Gürcüstanın Baş naziri Bidzina İvanişviliyə inanmaq olmaz və onun hakimiyyətini daim nəzarətdə saxlamaq lazımdır"

«Vahid Milli Hərəkat»ın üzvlərindən biri İrma Nadiraşvili aksiya başlamazdan əvvəl bildirib ki, «Qazprom»a qarşı bu cür aksiyalar mütəmadi olaraq keçiriləcək, «çünki Gürcüstanın baş naziri Bidzina İvanişviliyə inanmaq olmaz və onun hakimiyyətini daim nəzarətdə saxlamaq lazımdır».

Keçmiş Rusiya səfirliyi binasının ətrafında patrul polisi təhlükəsizlik tədbirlərini gücləndirib.

Gürcüstan cəmiyyətinin Rusiyanın «Qazprom» şirkətinə qarşı narazılığı ölkə rəhbərliyinin adıçəkilən şirkətlə gizli danışıqları səbəb olub. Bu görüşlər barədə məlumat sızdıqdan sonra Gürcüstan rəhbərliyinin nümayəndələri bu danışıqları təkzib edən bəyanatlar verməyib.

Ötən gün isə Gürcüstanın energetika naziri Kaxa Kaladze bəyan edib ki, Gürcüstan rəhbərliyi ilə «Qazprom» şirkəti arasında Rusiya qazının Ermənistana tranziti ilə bağlı razılaşmanın əvvəlki şərtlərinin saxlanmasına qərar verilib.

Bundan bir qədər əvvəl isə Gürcüstan tərəfi sosial və kommersiya qazının qiymətinin endirilməsinə və əlavə 500 milyon kubmetr qazın nəqlinə dair SOCAR-la razılığa gəlmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol