Menu

“Egeydə fəaliyyətimizi genişləndiririk” - NATO Baş katibi

06.03.2016, 22:42
“Egeydə fəaliyyətimizi genişləndiririk” - NATO Baş katibi

NATO Avropa Birliyinin xarici sərhədlərinə nəzarət agentliyinə Egey dənizində yardım edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, artıq NATO gəmiləri Egey dənizində monitorinqə başlayıblar. O, NATO missiyasının fəaliyyətinin Ankara və Afina ilə koordinasiya olunacağını bildirib.

Qeyd edək ki, 2015-ci ildə Avropa Birliyinə 1,5 milyon miqrant axın edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol