Menu

NATO Türkiyəni Rusiyadan qorumaq üçün hərəkətə keçdi

08.03.2016, 00:05

54d33f2e9efd1_1326860160_nato1NATO Baş katibi Yens Stoltenberq alyansın Rusiyanın Araqlı dənizi regionunda durmadan hərbi qüvvə cəmləşdirməsini Türkiyəyə təhdid hesab edir. Virtualaz.org xəbər verir ki, Yens Stoltenberq bu bəyanatla Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşündən sonra çıxış edib.

“Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar humanitar böhranı daha da dərinləşdirib və böyük sayda qaçqınların Türkiyə sərhədinə cəmləşməsinə səbəb olub. Bu əməliyyatlar Türkiyənin hava sərhədlərinin pozulmasında da gətirib çıxarıb”-NATO baş katibi deyib.

Baş katib deyib ki, NATO Rusiyaya cavab və Türkiyəyə dəstək olaraq Suriya sərhədləri boyu və Aralıq dənizinin şərqində hərbi iştirakını genişləndirəcək. Habelə regionda kəşfiyyat fəaliyyətini gücləndirəcək. “Biz alyansın təhlükəsizliyi baxımından cənub istiqamətindən ciddi çağırışlarla üzləşmişik və Türkiyə ön xəttdədir. NATO öz üzvü-Türkiyə ilə çiyin-çiyinədir. Biz qərara almışıq ki, alyansın Suriyada kəşfiyyat məlumatları toplamasını genişləndirək. Alyans situasiyanın monitorinqi üçün AWACS təyyarələrinin uçuşlarının sayını artırır və Aralıq dənizində hərbi dəniz və hava qüvvələrini cəmləşdirir”-NATO Baş katibi bildirib.

Bundan əvvəl Rusiya Suriyaya özünün ən məxfi kəşfiyyat təyyarəsini göndərib. Habelə Rusiya bölgəyə yeganə təyyarədaşıyan gəmisini göndərməyə hazırlaşır. Hazırda Rusiyanın Aralıq dənizində 10-a qədər müxtəlif tipli hərbi Ermənistana, Türkiyə sərhədlərinin yaxınlığına da hərbi qüvvələr cəmləşdirməkdə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol