Menu

ABŞ İrana görə Çin şirkətini cəzalandırıb

08.03.2016, 23:54
ABŞ İrana görə Çin şirkətini cəzalandırıb

ABŞ-ın Ticarət Nazirliyi Çinin ZTE telekommunikasiya şirkətinə İrana ixracat məhdudiyyətlərini pozduğu üçün sanksiya tətbiq edib. "Report" xəbər verir ki, bu haqda İranın "Tesnim" agentliyi məlumat yayıb.

Bu sanksiyaya əsasən, ZTE-nin müştəriləri hər çeşid cihaz satışı ilə bağlı ABŞ-dan lisenziya almalıdır.

Məlumata görə, Ticarət Nazilriyi gələn həftə məsələ ilə bağlı qərarı yayımlayacaq.

ABŞ-da mobil telefon istehsalı ilə də məşğul olan Çin şirkətinin Honq-Konq və Şençjene də satışı təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol