Menu

Neft bir qədər ucuzlaşıb

09.03.2016, 09:13
Neft bir qədər ucuzlaşıb

ABŞ-da neftbazalarda xam neft ehtiyatlarına dair məlumatın açıqlanmasından sonra neft bir qədər ucuzlaşıb.

“Marja” xəbər verir ki, Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da ötən həftə neft ehtiyatları 4,4 milyon barel artıb. İqtisadçılar artımın 3,3 milyon barel olacağını gözləyirdilər. Bir əvvəlki həftə ehtiyatlar 9,9 milyon barel artmışdı.

Xəbərin açıqlanmasının ardında neft qiymətləri aşağı düşüb. Bakı vaxtı ilə saat 06:30-da Brent neftinin barelinin qiyməti 39,50 dollara, ABŞ xam neftinin qiyməti isə 36,44 dollara geriləyib.

Qeyd edək ki, bu həftənin bazar ertəsi Brent neftinin barelinin qiyməti 41.04 dolları görmüşdü.

Yeri düşmüşkən bu gün ABŞ Enerji Məlumat İdarəsi (EIA) də xam neft inventarları barədə məlumatını açıqlayacaqdır. İqtisadçılar ABŞ şirkətləri tərəfindən inventarda saxlanılan xam neftin ötən həftə 3,867 milyon barel artacağını gözləyirlər. Bir əvvəlki həftə ehtiyatlar 10,374 milyon barel artmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol