Menu

Dollar/Manatda yeni rekord gözlənilir

09.03.2016, 12:20
Dollar/Manatda yeni rekord gözlənilir

Bu gün keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib.

"Report" xəbər verir ki, ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.

Qeyd edək ki, sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq sabah, martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol