Menu

Fransa sahillərində Rusiyanın sualtı qayığı qeydə alınıb

10.03.2016, 23:10
Fransa sahillərində Rusiyanın sualtı qayığı qeydə alınıb

Xarici KİV-in yaydığı məlumata görə, Fransa donanması hələ yanvar ayında (2016) Biskaysk körfəzinin beynəlxalq sularında Rusiyaya məxsus sualtı qayıq qeydə alıb. Bu barədə məlumatı adı çəkilməyən yüksək çinli mənbəyə istinadla «Nuvel Observator» nəşri yayıb (Exo Moskvı).

Fransanın müdafiə nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.

Nəşr qeyd edir ki, bu hadisə «soyuq müharibə» illərindən sonrakı dövrü üçün ilk sayıla bilər. O zaman Rusiyaya məxsus atom sualtı qayığı Şimali Atlantikanın hüdudlarını tərk etmişdi.

Rusiya Federasiyasının müdafiə nazirliyi hələlik bu informasiyanı şərh etməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol