Menu

«İslam dövləti» başçılarından biri ələ keçirilib - Pentaqon

11.03.2016, 11:19
«İslam dövləti» başçılarından biri ələ keçirilib - Pentaqon

Xarici KİV-in yaydığı məlumata görə, Pentaqon «İslam dövləti»nin başçılarından biri olan Əbu Daudun ələ keçirildiyini bəyan edib. O, təşkilatda adi və kimyəvi silahların istehsalı bölməsinin rəhbəridir. Məlumatı ABŞ müdafiə nazirliyinin rəsmi bəyanatına istinadla «Röyter» agentliyi yayıb.

Qeyd edilir ki, Əbu Daud fevral ayında İraqda keçirilən əməliyyatların gedişi zamanı ələ keçirilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol