Menu

Azərbaycanlı iş adamı qətlə yetirildi

12.03.2016, 16:50
Azərbaycanlı iş adamı qətlə yetirildi

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, 1975-ci il təvəllüdlü, Azərbaycanın Mingəçevir şəhərində doğulan Abdullayev Eldəniz Valeh oğlu Rusiyanın Novokuznetsk şəhərində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

İş adamının meyiti sabah Azərbaycana gətirilərək Mingəçevir şəhərində dəfn olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol