Menu

​Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum olub - FOTO

14.03.2016, 10:22
​Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum olub - FOTO

Ankarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobil bu il yanvarın 10-dan axtarışda olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Şanliurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobil bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparılıb.

Xəbərdə bildirilib ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" bölgəsində mina quraşdırılmış avtomobili axtarırmış.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilir.

[gallery columns="4" size="full" ids="200563,200564,200565,200566,200567,200568,200569,200570"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol