Menu

Ahıl ər və arvad qətlə yetirilib

14.03.2016, 11:01
Ahıl ər və arvad qətlə yetirilib

Qazax rayonunda ahıl ər və arvad evində öldürülüb. "Report" xəbər verir ki, hadisə dünən rayonun Cəfərli kəndində baş verib.

Belə ki, 1939-cu il təvəllüdlü Nəriman Osmanov və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın cəsədləri öz evlərindən tapılıb.

Qazax Diaqnostika Mərkəzindən "Report"a bildirilib ki, qadının cəsədi üzərində boyun nahiyəsinin deşilmiş kəsilmiş xəsarətləri, kişinin çənə hissəsində qırıqlar aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol