Menu

"ASAN xidmət"də ölüm hadisəsi

14.03.2016, 16:10
"ASAN xidmət"də ölüm hadisəsi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, "ASAN xidmət" mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, 70 yaşlı kişinin ürək tutmasından öldüyü güman edilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol