Bu gün “Sahil” ticarət mərkəzinin yerləşdiyi binada baş vermiş yanğın zamanı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun mənzilinin yandığı deyilir.
Bu barədə yerli mətbuatda və sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərlərdə iddia olunur ki, Əhmədovun mənzili yanğın zamanı ciddi şəkildə zərər görüb. Mənzilin balkonu tamamilə yanaraq yararsız hala düşüb.
Yada salaq ki, “Sahil” kompleksindəki yanğın 1500 kvadratmetrdən çox sahəni əhatə edib.


Şərhlər