Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətini təmin etməyib.
Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Məhkəməyə bu qərardan şikayət verilib. Ötən məhkəmə prosesinə hakim ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb. Ekspert qrupunun təyin olunması Ədliyyə Nazirliyinə həvalə edilib.
“Media forum” saytının məlumatına görə, ekspertiza minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb.
Məhkəmə prosesində İlqar Məmmədov özü də iştirak edib.
Vəkil Xalid Bağırov qərardan Ali Məhkəməyə şikayət olunacağını bildirib.


Şərhlər