Menu

​Bakıda magistral su xəttində qəza baş verib

17.03.2016, 10:19

Azersu_building_051212Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində qəza baş verib.

“Report” “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.

Bununla əlaqədar martın 17-də gün ərzində qəsəbənin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” yaranan narahatlıqla bağlı abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol