Menu

"Yəqin ki, neft ən aşağı səviyyəsini görüb"

18.03.2016, 09:51
"Yəqin ki, neft ən aşağı səviyyəsini görüb"

Beynəlxalq Enerji Agentliyi (IEA) sədrinin verdiyi açıqlamaya görə, ABŞ-da neft hasilatındakı azalma, neft qiymətlərinin qalxmasına iri neft ixracatçıları arasında istehsal səviyyəsinin dondurulmasına dair danışıqlardan daha çox töhfə verir.

"Marja" xəbər verir ki, IEA Sədri Fatih Birol Bloomberg Television-a verdiyi müsahibəsində, "İstehsal səviyyəsinin dondurulmasına dair razılığa gəlinsə belə, neft qiymətləri üzərində əhəmiyyətli təsirinin olacağı gözlənilmir. Son görüşlərin qiymətlər üzərində əhəmiyyətli bir təsiri olmadı" şəklində bildirib.

Neft, Rusiya və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə dünyanın ən iri istehsalçılarının qlobal təklif artığını azaltmaq məqsədilə istehsal səviyyəsini dondurmaq istiqamətində atdığı addımın ardından, 16 Fevraldan bu yana üçdə biri qədər yüksələrək 40 doları keçib. Birola görə, 17 Apreldə Qətərdə davam edəcək danışıqlar, ABŞ-ın istehsalındakı azalmadan daha az təsirli olur.

EIA sədrinə görə, ötən il Nyu-Yorkda bareli 26 dollar ilə 12 ilin aşağı səviyyəsinə geriləyən neftin qiyməti, qlobal iqtisadiyyat və ya Çinə dair mənfi bir xəbər olmadığı, ya da ABŞ-da istehsalın artmadığı müddətcə ən aşağı səviyyəsini görmüş kimi görünür. EIA, ABŞ-da neft istehsalının bu il gündəlik 600,000 barel azalacağını təxmin edir.

Bakı vaxtı ilə saat 06:30-da Brent neftinin qiyməti 41,52 dollar, ABŞ xam neftinin qiyməti isə 40,18 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol