"İstanbulda baş vermiş terror aktında yaralananlardan 12 nəfəri xarici ölkə vətəndaşıdır". "Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 7-si ağır olmaqla, 36 nəfər yaralanıb: "Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır. Yaralılardan 4-nün vəziyyəti ağır olduğundan, əməliyyat alınıb. Ölənlərdən 4-ü hadisə yerində, biri isə xəstəxanada həyatını itirib".
Qeyd edək ki, yaralılardan üçü İsrail vətəndaşıdır.
****
Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib. APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil.
Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.
Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.


Şərhlər