Rusiya KİV-nin yaydığı məlumata görə, Almaniya Federativ Respublikasının (AFR) xüsusi xidmət orqanlarına xüsusi qrup yaratmaq tapşırığı verilib. Yeni yaradılacaq qrup Rusiya televiziya kanalları və rusdilli internet seqmenti vasitəsilə ölkənin media məkanına ötürülən və əslən keçmiş SSRİ-dən olan rusdilli əhali qrupu üçün nəzərdə tutulmaş informasiyanın daimi monitorinqini həyata keçirəcək (TASS).
Əldə olan məlumata görə, jurnalistlər və blogerlərə ünvanlı operativ tədbirlərin həyata keçirilməsinə də icazə veriləcək.
Almaniya federativ strukturlarına tapşırılıb ki, Rusiya «təbliğatı» ilə məğul olan mənbələrin və retranslaytorların aşkarlanması işində xüsusi xidmət orqanlarına hərtərəfli köməklik göstərsinlər. Rusiyadan dezinformasiya ötürülməsi faktlarının aşkarlandığı hallarda Almaniyanın mərkəzi kanalları Rusiyanın nəzər nöqtəsini təkzib edən materialların hazırlanması və efirə buraxılması işlərinə cəlb olunacaq.
Redaksiyadan: Sağ əlləri bizim başımıza! Nədən ki, Azərbaycandakı 5-ci kolon və xüsusi «şərhçi»lər qrupu son dövrlər lap «ağ eləyib».
AzPolitika.info


Şərhlər