“Terrorçuların Brüsselə hücumundan sonra Avropa indi müharibə vəziyyətindədir”. Musavat.com-un məlumatına görə, bu barədə Fransanın baş naziri Manuel Vals bildirib.
“Avropa müharibə vəziyyətindədir. Terror aktları təhlükəsi indi ən yüksək olaraq qalır”, - deyə baş nazir Fransa prezidenti Fransua Ollandın çağırdığı təcili müşavirədən sonra qeyd edib.
O, həmçinin, həlak olanların ailələrinə başsağlığı verib və Belçika xalqı ilə həmrəy olduğunu söyləyib.
Bu gün səhər Brüsseldə törədilən silsilə terror aktları zamanı son rəsmi məlumatlara görə, 26 nəfər həlak olub.

Məlumata görə, Mişel bu günü ölkə üçün “Qara gün” olduğunu vurğulayıb.
Sakit və həmrəylik içərisində olmalıyıq. Çətin anlarla qarşı-qarşıyayıq. Birlik olaraq bu çətin vəziyyət ilə mübarizə aparmalıyıq.


Şərhlər