Menu

Belçikada 3 gün matəm elan olundu

22.03.2016, 21:31
Belçikada 3 gün matəm elan olundu

Belçikada Brüsseldə törədilən terror aktları ilə əlaqədar üçgünlük matəm elan olunub. APA-nn “Le Soir” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Belçikanın daxili işlər naziri Jan Jambon elan edib.

Son rəsmi məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol