Menu

Nizami Qocayevin yerinə təyinat oldu

23.03.2016, 10:16

Ramil_Usubov_290710Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib. O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmrlə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol